İngilislər Makronun davranışını pisləyiblər | VİDEO

  İngilislər Makronun davranışını pisləyiblər     | VİDEO
  12 İyul 2025    Oxunub:881
Həyat yoldaşı Bricitlə birlikdə Böyük Britaniyada üç günlük dövlət səfərində olan Fransa prezidenti Emmanuel Makron Krallığın protokolunu iki dəfə pozub.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Daily Mail (DM)” nəşrində dərc olunan materialda belə deyilir.

“Emmanuel Makron, Vindzor qəsri qalasında qoşunların təntənəli baxışı zamanı Böyük Britaniya Kralı III Çarlzdan irəlidə getdiyinə görə tənqid edilib”, - qəzet yazır.

Tədbiri izləyən bir çox tamaşaçılar Fransa prezidentinin Britaniya suverenindən irəlidə getdiyini görməkdən narazı qaldılar, sosial şəbəkə istifadəçiləri Makronun davranışının məqsədyönlü təhqir olduğunu bildiriblər.

- Krallıq protokolunun ikinci pozulması Yuxarı Vindzor dairəsində baş verdi. Makron kralın önünə keçərək Qrenadyorlar Qvardiyası ilə yanaşı getdi və qvardiya kapitanının kürəyinə vurdu. Protokola görə, mərasim zamanı mühafizəçilərə toxunmaq olmaz”, - materialda vurğulanır.

Qəzet xatrıladır ki, əgər kimsə mühafizəçiyə toxunarsa, o, qışqırmalıdır: “Kral qvardiyasından əllərini çək!”. Təqdim olunan videoda gözətçi kapitanının ona kimin toxunduğunu görmək üçün cəld başını çevirdiyi görünür. Lakin o, heç nə deməyib və Fransa prezidenti ilə yoluna davam edib.

Bundan başqa, Makron dövlət tədbiri zamanı Uels şahzadəsi Keyt Middltonla flirt etdiyinə görə də tənqid olunaraq “alçaq və əclaf” adlandırılıb. Bəzi internet istifadəçiləri Fransa prezidentinin ziyafətdə Middltona göz vurmasını onunla flirt kimi qiymətləndirərək və onun davranışını pisləyib.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: İngiltərə   Makron   etiket  



Xəbər lenti